Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq


02.04.2018  12:06 

“Agdam”ın qarşısında “Kalaşnikov”lardan atan Lotu Qulinin adamlarıdır





A+  A-

Hücum edənlər kriminal qruplaşmanın lideri Lotu Qulinin briqadasının üzvləridir.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, briqadanın döyüşçüləri Rövşən Lənkəranskinin tərəfdarlarına atəş açıblar.

Qeyd edək ki, Rövşən Lənkəranski 2016-cı ilin avqust ayında İstanbulda öldürülüb. Bir müddət sonra Lotu Quli 23 illik məhbəs həyatından sonra azadlığa çıxıb və hazırda İstanbulda yaşayır.

Ukraynanın Xarkov şəhərinin hüquq-mühafiz orqanları martın 30-na keçən gecə bu şəhərdə azərbaycanlıların "Ağdam” restoranının qarşısında baş vermiş və bir Azərbaycan vətəndaşının ölümünə səbəb olmuş silahlı insidentə dair əsas versiyanı açıqlayıb.

Hüquq-mühafizə orqanları bu hücumun Xarkovda miqrantların biznesindən aylıq haqq tələb edən "Şərq korpusu” adlı slavyan qruplaşması tərəfindən törədildiyini ehtimal edir.

Xəbər verdiyimiz kimi həmin gün "Ağdam” restoranından çıxan bir qrup "qafqazlı” restoranın qarşısında dayanmış avtomobildəki silahlılar tərəfindən atəşə tutulub. Avtomobildə dörd nəfər olub, onlardan ikisi "Kalaşnikov” avtomatları ilə restorandan çıxanlara yaylım atəşi açıb. Bu zaman Azərbaycan vətəndaşı, Xarkov bazarlarından birində ticarətlə məşğul olan 32 yaşlıİsmayılov Zaur Əziz oğlu ölüb, əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb.

Polis hücum edənlərdən birinin fotorobotunu yayıb. Hadisə yerinin yaxınlığından bir "Kalaşnikov” avtomatı və patronlar tapılıb. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildirirlər ki, hazırda şəhərdə xarici diasporun biznesinin strateji bölgüsü gedir. Belə ki, şəhərdə "Şərq korpusu” adlı qruplaşma yaranıb və onlar miqrantların biznesindən pay tələb edir. Bu yaxınlarda xarici diaspor liderləri ilə "Şərq korpusu”nun nümayəndələri arasında danışıqlar olub. Həmin danışıqlarda tələb edilib ki, Xarkovda biznesi olan bütün xaricilər "Şərq korpusu”una aylıq haqq verməlidir. Lakin azsaylı bir qrup bu şərti qəbul etməyib və bu da şəhərdə kriminal müharibənin başlamasına gətirib çıxarıb.

Xəbər 1444 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +