Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


02.08.2019  10:37 

Tramp bu qərarı ilə Putini hiddətləndirəcək





A+  A-

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı ikinci sanksiya paketinin tətbiq edilməsini nəzərdə tutan sərəncam imzalayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu barədə “Politico” nəşri iki amerikalı mənbəyə istinadən məlumat yayıb.

Məhdudlaşdırıcı tədbirlər Böyük Britaniyanın Solsberi şəhərində toksik maddə “Noviçok”dan istifadəyə görə tətbiq olunacaq.

Qeyd olunur ki, Dövlət Departamenti və Maliyyə Nazirliyi sanksiya paketini martın sonunda hazırlasalar da, Amerika lideri sənədi imzalamağı təxirə salıb.

Nəşr yazır ki, Tramp Rusiya Prezidenti Vladimir Putinə qarşı çıxmaq istəməməsi səbəbindən sanksiyaların ikinci dövrəsini xüsusi olaraq dondurub.

Xatırladaq ki, Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızı Yuliya 2018-ci ilin martında Böyük Britaniyanın Solsberi şəhərində “Noviçok”dan zəhərlənib. Baş vermiş hadisəyə görə rəsmi London Rusiyanı ittiham edib. Moskva isə ittihamı qəbul etməyib.

Bundan sonra rəsmi Vaşinqton 2018-ci ilin avqustunda Rusiyaya qarşı sanksiya tətbiq edib.

Ata ilə qızının öldüyü barədə informasiyalar yayılsa da, bir müddət öncə İngiltərənin Rusiyadakı səfiri Lori Bristou açıqlamasında Skripalların yaşadığını təsdiq edə biləcəyini söyləyib.

Xəbər 1320 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +