Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


18.11.2023  20:18 

Rusiya Ermənistanı Qərbə satıb -Ayvazyan





A+  A-

"Gizli razılaşma var, Rusiya Ermənistanı Qərbə satıb".

Xəzərnews.az xəbər verir ki, bunu erməni hərbi ekspert Armen Ayvazyan deyib.

“Rusiya Ermənistanın mövqeyini dəyişib Qərbə üz tutması üçün hər şeyi edir. Rusiya bu gün Ermənistanın getməsi üçün əlindən gələn qədər çalışır. Bizim gördüyümüz budur”, - ekspert bildirib.

“Ermənistanın Qərbə inteqrasiyası Rusiyaya nə üçün lazımdır” sualına Ayvazyan belə cavab verib:

“Bunlar bir növ gizli razılaşmalardır, bunları bəlkə də heç vaxt bilməyəcəyik”.

Ekspertin fikrincə, Rusiyanın Ermənistanı Qərbə güzəştə getməsinin bəzi "əlamətlər"i var:

“Bunu 44 günlük müharibə də göstərir (Qərb və Rusiya Ermənistana yardım etmədi). Bunu sentyabrın 19-dan (Azərbaycan ordusunun antiterror tədbirlərindən öncə) cəmi iki gün əvvəl İstanbulda Rusiya, ABŞ və Avropa Birliyinin yüksək rütbəli rəsmiləri arasında Qarabağ məsələsinin müzakirə olunduğu gizli görüş göstərir. Niyə İstanbulda oldu? Bu o deməkdir ki, türklər də həmin görüşdə iştirak ediblər.

Daha bir fakt. 2022-ci il iyulun 15-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri gözlənilmədən Ermənistana gəldi. Üç gün sonra Rusiya xarici kəşfiyyatının rəhbəri Narışkin Ermənistana səfər etdi. Bunlar nə deməkdir? Bu onu göstərir ki, bəzi məsələlərlə bağlı daim danışıqlar aparılır. Təsir zonalarının yenidən bölüşdürülməsi prosesi gedir. Rusiya geri çəkilir və Ermənistanı Qərbə təslim etdiyini göstərmək istəmir. Biz də bilmirik ki, bizi Qərbə təslim edir, yoxsa Türkiyəyə”./Teleqraf

Xəbər 1828 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +