Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


11.03.2024  10:25 

Niyə eşşək Demokratlar Partiyasının simvolu hesab olunur?





A+  A-

1828-ci ildə Amerikanın gələcək prezidenti Endryu Ceksonun əleyhdarları soyadına istinadən onu axmaq və inadkar eşşək kimi karikaturalarda təsvir edirdilər (ingilis dilində jackass həm “eşşək”, həm də “axmaq” deməkdir).

Lakin Ceksonun namizədliyini irəli sürən Demokratlar Partiyası bu müqayisəni öz xeyrinə çevirdi. Kampaniya materiallarında gələcək prezidentin eşşəyə xas zəhmətkeşliyini, təvazökarlığını və əzmkarlığını - bir çox adi amerikalılara xas olan keyfiyyətləri vurğulandı.

1870-ci ildə karikaturaçı Tomas Nast Respublikaçılar Partiyasını fil kimi təsvir edərək demokratların eşşək olması ideyasına yeni bir həyat verdi. O vaxtdan bəri bu heyvanlar Amerikanın iki əsas partiyasının simvolu kimi kütləvi şüurda möhkəmlənib.

O da maraqlıdır ki, əvvəllər bəzi ştatlarda demokratlar özlərini banlayan xoruz kimi təqdim edirdilər. Sonda onlar da qərara gəlir ki, banlayan xoruz olmaqdansa, elə eşşək olmaq yaxşıdır...



Xəbər 6347 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +