Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur
Sabah 21° isti olacaq
Frans-Pressin təxribatına cavab veriləcəkmi?
Rusiyanın 30 günlük atəşkəs yaratmaq niyyəti yoxdur
Berlin Kiyevin tərəfində qalacaq - Vadefül


23.09.2021  12:12 

“Bütün dövlət orqanları Samir Şərifovdan qorxur...“ - Prezidentə müraciət





A+  A-

Jurnalist Aygün Paşayeva Maliyyə Nazirliyindən ölkə prezidentinə şikayət edib. O, 22 ildir nazirlik tərəfindən hüquqlarının pozulduğunu və sənədlərinin itirildiyini bildirib.
XəzərNews xəbər verir ki, jurnalistin Prezidentə ünvanlanmış məktubu Azadlıq qəzetinin rəsmi facebook səhifəsində yayılıb.

Müraciətdə deyilir: "Maliyyə Nazirliyi tərəfindən hüquqlarım artıq 22 ildir ki, kobudcasına pozulub. Sabiq nazir Fikrət Yusifovun mənimlə bağlı keçirtdiyi kollegiya qərarı yoxa çıxıb, həmin səbəbdən də əmək kitabçamı da bu vaxtadək ala bilməmişəm. Mənə tətbiq olunan qanunsuzluğun başında 1999-2019-cu illərdə aparat rəhbəri vəzifəsində işləmiş Namiq Süleymanov dayanıb. N.Süleymanovla mübarizə aparmağa gücüm çatmırdı. Sabiq nazir Əvəz Ələkbərovun vaxtında N.Süleymanov məni nazirliyinin binasına buraxmırdı. Məni polislə-həbslə hədələyirdi. 2018-ci ilin sentyabr ayında nazir Samir Şərifovun qəbulunda oldum və N.Süleymanovun qanunsuz əməlləri haqqında ətraflı məlumat verdim. Nazir müraciətimi araşdırıb, yenidən kollegiya iclası keçirilməsi haqqında hüquq şöbəsinin rəisinə göstəriş verdi. Hüquq şöbəsinin rəisi isə N.Süleymanovun qorxusundan işə obyektiv baxmadı, təqdim etdiyim sübutları araşdırmadı. Maliyyə nazirliyində nazir Samir Şərifovdan tutmuş, hamı mənim haqlı olduğumu bilir. Bütün instansiyalara şikayət etmişəm. Məhkəmələr Samir Şərifovdan qorxur! Hətta Dövlət Təhlükəsizlik Xidmətinə açıq mətbuat vasitəsilə müraciət etdim ki, Maliyyə Nazirliyində baş verən qanunsuz əməllər haqqında sizə məlumat versinlər. DTX da Samir Şərifovdan qorxdu! Bütün adiyyatı qurumlar hamısı Samir Şərifovdan qorxub, mənə aid məsələyə obyektiv baxmırlarsa, mən nə etməliyəm? Xahiş edirəm, məni şəxsən qəbul edib, dinləyin, müraciətimlə bağlı müstəqil işçi qrupu yaradılaraq, tam obyektiv baxılması haqqında sərəncam verin. Konkret tələbim: işlədiyim dövrdə əmək kitabçam mənə təqdim edilsin, iş stajım qanunsuz və əsassız olaraq işdən azad olunduğum gündən hesablansın."

Xəbər 2441 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  13:33 

Sabah 21° isti olacaq

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi


BÜTÜN XƏBƏRLƏR +