Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


31.08.2020  19:27 

Rusiya üç slovak diplomatı ölkədən çıxarır





A+  A-

Rusiya üç diplomatının ölkədən çıxarılmasına cavab olaraq Slovakiyanın Moskvadakı səfirliyinin üç əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Moskva rus diplomatları ilə bağlı Slovakiya tərəfinin hərəkətini “əsassız” sayır və buna qəti etirazını bildirir: “Bratislavanın bu dostyana olmayan addımını ölkələrimiz arasındakı münasibətlərin ənənəvi konstruktiv inkişaf ruhuna zidd olaraq qiymətləndiririk”.

Bəyanatda Rusiya XİN-in bu kimi qərarlarda qarşılıqlı münasibət prinsipini rəhbər tutduğu vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl Slovakiya Xarici İşlər Nazirliyi davranışları ilə “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”na zidd olduğu iddia edilən üç Rusiya diplomatının ölkədən çıxarılacağını elan etmişdi.

Xəbər 2195 dəfə oxunub.



19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +