Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


09.10.2018  10:28 

Naxçıvanda yeni hərbi hissənin açılışı oldu





A+  A-

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi hissəsi istifadəyə verilib.
XəzərNews.az xəbər verir ki, açılışda NMR Ali Məclisinin Sədri Vasif Talıbov da iştirak edib. Əlahiddə Ümumqoşun Ordunun komandanı general-leytenant Kərəm Mustafayev bildirib ki, hərbi hissədə ikimərtəbəli texniki nəzarət məntəqəsi və qarovul evi, 160 yerlik 80 texnika saxlancı, texniki qulluq və təmir, yanacaqdoldurma, eləcə də gündəlik texniki xidmət məntəqələri yaradılıb. Burada hərbi texnika və avtomobillərin saxlanması, təlimata uyğun istifadə və istismarı üçün lazımi şərait var.

V. Talıbov hərbi hissədə yaradılan şəraitlə tanış olub. O, şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığının daim artırılması, texnikaların saxlanma şəraitinə nəzarət olunması və təhlükəsizlik qaydalarına əməl edilməsi barədə tapşırıqlar verib.

Xəbər 1680 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +