ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”
Zelenski müsəlmanlarla iftar yeməyində - Foto
Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir


28.02.2025  10:54 

“Karvan 2002”nin satış müdiri 71 min mənimsəyib





A+  A-

Bakıda məşhur şirkətin külli miqdarda pulunu mənimsəməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib. Təqsirləndirilən şəxs zərəri ödəmək üçün maşınını və torpağını satıb.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, 36 yaşlı Kamran Gülməmmədov külli miqdarda mənimsəmədə ittiham edilərək məsuliyyətə cəlb olunub.

O, satış təmsilçisi olaraq çalışdığı “Karvan 2002” MMC-nin 71 min manatını mənimsəməkdə təqsirli bilinib və barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq müddətində onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, MMC qeyri-qida şirkətidir, sabun və yuyucu vasitələrin satışı ilə məşğuldur.

Məhkəmə araşdırması zamanı ifadə verən Kamran deyib ki, 2016-cı ildən şirkətdə çalışıb. Bir il sonra işdən çıxmaq istəyib.

“Bunun səbəbi xərclərin çox olması idi. Öz maşınımla işləyirdim. Benzin pulu olaraq ayda 200 manat verilirdi. Bu da çatmırdı. Sonra məbləği 250 manat etdilər. Özümə 12 min manata maşın aldım. İndi həmin maşını borcumun qarşılığı olaraq şirkətə vermişəm. Mən qeyd edildiyi kimi 71 min manat mənimsəməmişəm. Cəmi 25 min pul götürmüşəm. Onun 4-5 min manatını uşağım üçün xərcləmişəm. 20 min manatı da iş xərclərimə sərf etmişəm. Çünki yol xərci, yemək pulu vermirdilər”, - deyə Kamran ifadəsinə əlavə edib.

O, pulun qalan hisəssinin qarşılığında Qəbələdə olan torpaq sahəsini verib. Şirkətlə Kamran arasında əvvəlcə razılıq olmayıb. Sonradan isə borc qarşılığında razılıq əldə edilib.

MMC-nin direktoru Arzu Ələsgərov Kamran tərəfindən borcun tam olaraq ödənildiyini bildirib.

A.Ələsgərov onu da qeyd edib ki, Kamran şirkətdə aparılan audit yoxlaması zamanı 71 min manatlıq mənimsəməni etiraf edib.

Məhkəmə Kamranın səmimi etirafını, zərərlə bağlı razılıq əldə edilməsini nəzərə alaraq onun barəsində şərti cəza təyin edib.

Hökmə əsasən, onun barəsində 5 il cəza təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəzası 2 il müddətinə şərti hesab edilib. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Xəbər 1129 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +