Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


05.12.2023  09:10 

“Seymur Talıbovun sürücüsünə pul vermişəm...” – Rəisin məhkəməsi





A+  A-

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən baxış iclasında ittiham aktı elan olunub, zərərçəkmişlər dindirilib.

Təqsirləndirilən Tofiq Həsənov məhkəməyə ərizə ilə müraciət edərək prosesə onlayn qaydada qatılıb. Məhkəmədə qeyd edilib ki, Tofiq Həsənov 2016-cı ildən çalışdığı Pentensiar Xidmətdə vəzifəsindən istifadə edərək 52 vətəndaşdan rüşvət alaraq, onları kiçik rəis və zabit vəzifələrinə götürüb. Təqsirləndirilən şəxs isə irəli sürülən ittihamları qismən qəbul edib.

Tofiq Həsənov ilkin istintaq dövründə verdiyi ifadələrin bir qismini təsdiq edib. O, çalışdığı dövrdə Seymur Talıbovun sürücüsü Həsən Əhmədova və Naxçıvan Muxtar Respublikasının keçmiş ədliyyə naziri Daşqın Rəhimova pul verdiyini deyib. Lakin T.Həsənov pulu hardan aldığını və həmin şəxslərə niyə verdiyini açıqlamayıb.

Məhkəmədə daha sonra şahidlər dindirilib. Proses dekabrın 19-da davam etdiriləcək. Qeyd edək ki, Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.

T.Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.2, 179.2.4 (Mənimsəmə və ya israf etmə - mənimsəmə və ya israf etmə) və 311.3.2, 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq- külli miqdarda törədildikdə)) maddələri ilə ittiham olunur./APA



Xəbər 918 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +