Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


17.06.2022  17:39 

“Bazarlarda qiymətlər od-tutub yanır” - Naqif Həmzəyev





A+  A-

“Bu gün hələ də penitensiar xidmətlərdə insanlar məhbuslarla görüşə gedən zaman “PCR” testlər tələb olunur. Bu, həm vətəndaşlar üçün, həm də vəkillər üçün əlavə xərclər yaradır. Ən azından ilkin mərhələdə vəkillər üçün bu testlərin ləğv olunması çox yaxşı olardı”.

Bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bununla yanaşı bildiyimiz kimi bazarlarda qiymətlər od-tutub yanır: “Xüsusilə meyvələrin qiymətinin baha olması hər kəsi narahat edir. Mən araşdırdım, kəndlərdə qiymətlə elə də baha deyil. Burada problem məhz məhsulun bölgələrdən Bakıya gətirilməsi zamanı daşınma şirkətlərinin qiymətlərinin qaldırılmasıdır. Təklif edirəm ki, “Kənddən Şəhərə” layihəsinin miqyasını daha da böyütmək lazımdır ki, şəhər əhalisi bu meyvələri rahatlıqla əldə etsinlər”.

Naqif Həmzəyev həmçinin Gəncədə təyyarə reyslərinin işləməməsi ilə bağlı fikir bildirib: “Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Çox təəssüflər olsun ki, bu gün Gəncə-Bakı-Gəncə, Gəncə-Naxçıvan-Gəncə təyyarə reysləri işləmir. Artıq pandemiya bitib. Düşünürəm ki, bu məsələyə AZAL tərəfindən, aidiyyatı qurumlar tərəfindən baxılsa, çox yaxşı olar”.

Millət vəkili həmçinin bildirib ki, bu gün dövlət tərəfindən uşaq baxçaları tikilir: “Ancaq çox təəssüflər olsun ki, dövlət tərəfindən tikilən bu uşaq baxçalarında qrup saylarının artırılması üçün aidiyyatı qurumlar əlavə vəsait ayırmır. Təklif edirəm ki, uşaq baxçalarında qrup saylarının artırılması üçün vəsait ayrılmalıdır”.

Deputat Gəncədəki daxili yollarla bağlı problemdən danışıb: “Gəncədə üç minə yaxın küçə, prospekt var. Bu il cəmi 30 küçəyə vəsait ayrılıb. Sürücülər yollarda avtomobil istifadə edə bilmirlər. Xahiş edirəm bu məsələyə də baxılsın”./SİA

Xəbər 1769 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +