“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


23.02.2022  10:58 

Pənah Hüseyn və Tofiq Abbasov efirdəki davadan danışdılar





A+  A-

Ötən gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar.

Davaya səbəb isə tərəflərin bir-birinə qarşı “gədə” “düdük” kimi qeyri-etik ifadələr işlətməsi olub.

Baş verənlər daha sonra sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Eks-baş nazir Pənah Hüseyn hadisədən bir neçə saat sonra canlı yayıma çıxaraq açıqlama verib.

“Əvvəla hövsələsizlik oldu və mən hesab etmirəm ki, haqlı idim. Hövsələmi saxlamadığıma görə”, - deyə o bildirib.

Pənah Hüseyn qeyd edib ki, sonradan verilişdə onu nəyin hövsələdən çıxardığına bir də baxıb: “Mübahisə, Tofiq müəllimin (Tofiq Qasımov – Azərbaycanın sabiq xarici işlər naziri –red.) Türkiyəyə 32 dəfə, Moskvaya bir dəfə getməsi replikasından başladı məncə. Bəlkə də, o demək istəyirdi ki, balans olmalı idi. Mən də bu məsələyə reaksiya verdim”.

O həmçinin bildirib ki, hər kəsin öz fikrinə sahib olmaq, özünü ifadə etmək hüququ var: “Gərək verilişdə belə şeylər olmasın. Uşaqlıqdan belə şey olur. Yəni demirəm ki, xüsusi bir peşmançılıq var. Lakin hesab edirəm ki, gərək belə olmayaydı. Hər halda yaşımız da o yaş deyil”.

Pənah Hüseyn politoloqla mübahisə zamanı işlədiyi ifadəyə (gədə -red.) də münasibət bildirib: “Mən mübahisə zamanı bir ifadə işlətdim, onun qətiyyən valideynlərə aidiyyəti yoxdur. Bunu deməyi vacib bilirəm. Valideyn məsələsində çox həssasam. Nə öz valideynlərimin, nə də digər valideynlərin haqqında hər hansı bir həqarət işləməyi doğru sayıram. Mən onu nəzərdə tutmurdum. Heç bir halda mən kiminsə valideyninə həqarət etmərəm”.

Siyasi analitik Tofiq Abbasov isə “Qafqazinfo”ya açıqlamasında baş verənlərlə bağlı bunu deyib: “Mövqeyim orada olanlardır. Mən heç bir şey əlavə etmək istəmirəm. İnsidentdir oldu çıxdı, getdi. Məsələnin böyüməsində heç bir marağım yoxdur, buna lüzum görmürəm”.

Xəbər 1653 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +