Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


04.08.2021  13:11 

Sabah Bakıda 40 dərəcə isti olacaq





A+  A-

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27° isti, gündüz 36-39°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 24-26° isti, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 %, gündüz 25-30 % olacaq.
Abşeron çimərliklərində şimal küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.

Xəbər 1972 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +