Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


16.11.2018  14:46 

BNA-dan “Facebook” istifadəçilərinə ÇAĞIRIŞ





A+  A-

“Əhaliyə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun nəqliyyat xidmətlərinin göstərilməsi Bakı Nəqliyyat Agentliyinin əsas prioritetlərindəndir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Agentliyin “Facebook” sosial şəbəkəsindəki müraciətində bildirilir.

Qurum həmçinin bəyan edir ki, həm yol hərəkətinin təşkili, həm də müntəzəm sərnişindaşıma istiqamətində atdığı bütün addımlarında vətəndaşa xidməti əsas prinsip olaraq müəyyənləşdirib: “Qarşıya qoyulan hədəfə nail olunması yolunda ən böyük dəstəkçimiz də elə vətəndaşlarımız, xüsusəndə ictimai fəal insanlar, media nümayəndələri olub. Bəzən piyada, bəzən sərnişin, bəzən isə sürücü kimi nəqliyyat xidmətlərindən istifadə edən media nümayəndələri və fəal sosial şəbəkə istifadəçiləri rastlaşdığı çatışmazlıqları vaxtında, eyni zamanda, obyektiv işıqlandırır ki, bu da problemin vaxtında aşkar edilərək aradan qaldırılması baxımından əhəmiyyətlidir. Məhz müxtəlif KİV-də və sosial şəbəkələrdə ictimailləşdirilən məlumatlar əsasında müxtəlif yollarda nəqliyyat şəraiti yaxşılaşdırılır, yeni dayanacaq məntəqələri, uyğun olan yerlərdə piyada keçidləri təşkil edilir, marşrut xətləri üzrə avtobusların hərəkət sxemi dəyişdirilir. Bütün bunlar isə öz növbəsində paytaxtın nəqliyyat sisteminin inkişafı və təkmilləşməsi baxımından vacib amildir. İctimai nəzarətin vacibliyini və ümumi inkişafa müsbət təsirini nəzərə alaraq KİV nümayəndələrinə, eyni zamanda, fəal sosial şəbəkə istifadəçilərinə təşəkkür edirik. Həmçinin, onları daha fəal olmağa dəvət edirik”.

Xəbər 1477 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +