“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


24.10.2017  15:11 

Təhsil Nazirliyinin işçisi həbs edildi - 1 yaşlı körpəsini də özüylə həbsxanaya apardı





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Mansurova 8 il müddətinə azadlıqdan məhrum edilib.

A. Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsindəki ev dustaqlığı həbslə əvəz olunub. O, məhkəmə zalında həbs olunub. O, 1 yaşlı övladını da özü ilə həbsxanaya aparıb.

İttihama görə, hər iki şəxs əlbir olaraq iş düzəltmək adı ilə vətəndaşlara qarşı ümumilkdə 60 min manatdan çox dələduzluq ediblər. Onlar zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb. Samirə Mansurova barəsində həbs-qətimkan, Aytəkin Bağırova barəsində isə polis nəzarətində qalma qətimkan tədbiri seçilib.

Xəbər 4901 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +