“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


12.05.2017  20:18 

İmtahan verənlərin sayı bir ilə on min azaldı...





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə aprelin 30-da və mayın 7-də keçirilmiş qəbul imtahanlarına dair statistik məlumatları açıqlayıb.
XəzərNews.az xəbər verir ki, DİM-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, I-IV ixtisas qrupları üzrə aprelin 30-da və mayın 7-də keçirilmiş qəbul imtahanlarında iştirak etmək üçün ümumilikdə 65 673 abituriyent sənəd verib.

Qeyd olunub ki, bu abituriyentlərin 50 623-ü cari ilin, 15 050 abituriyent isə əvvəlki illərin məzunları olub: “Ötən illərdə əvvəlki illərin məzunları mayda, cari ilin məzunları isə iyul ayında imtahan verirdilər. Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə may ayında keçirilmiş qəbul imtahanlarında 25418 əvvəlki illərin məzunu olan abituriyent iştirak edib. Hazırda elektron ərizə qəbulu davam edir və həm cari, həm də əvvəlki illərin məzunları qeydiyyatdan keçib yayda keçiriləcək qəbul imtahanlarında iştirak edə bilərlər. Məlum olduğu kimi, ötən ilin may və iyul, həmçinin bu il imtahanlarda iştirak edən abituriyentlərin kontingenti fərqlidir. Ona görə də aprelin 30-da və mayın 7-də keçirilən qəbul imtahanlarında abituriyentlərin nəticələrinin bal intervalları ilə verilməsi və onların nəticələrinin statistik göstəricilərini ötən illərdə keçirilən imtahanların göstəriciləri ilə müqayisə etmək doğru deyil. Çünki ötən ilin mayında yalnız əvvəlki illərin məzunları, iyulunda isə yalnız cari ilin məzunları iştirak ediblər. İndiki imtahanlarda isə hər iki kontingentin abituriyenti iştirak edib. Qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat davam etdiyindən yaz imtahanlarının statistik göstəriciləri növbəti imtahanlarda iştirak etmək istəyən abituriyentləri yanlış istiqamətə yönəldə bilər. DİM statistik göstəriciləri ona görə açıqlayır ki, abituriyentlər ixtisas seçimi zamanı bundan yararlansınlar və seçimlərini tənzimləyə bilsinlər. Yay imtahanlarından sonra qeyd olunan statistika açıqlanacaq”.

Xəbər 1679 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +