Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


10.04.2025  11:33 

Rafael Qvaladze təqaüdə yola salınıb





A+  A-

Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə yola salınıb.

Təqaüdə yola salınmasına səbəb Rafael Qvaladzenin son yaş həddinə çatması ilə bağlıdır.

Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rafael Qvaladzeni "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Qeyd edək ki, R.Qvaladze 1948-ci il yanvarın 1-də Gürcüstanın Laqodexi şəhərində anadan olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Həmin il Ali Məhkəmədə əmək fəaliyyətinə başlayıb, 1998-ci ilədək baş məsləhətçi, şöbə rəisi, hakim işləyib, eyni zamanda prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

O, 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Xatırladaq ki, Milli Məclisin aprelin 11-ə təyin olunan iclasının gündəliyinə keçmiş hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin edlməsi ilə bağlı məsələ daxil edilib./Report

Xəbər 1672 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +