“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?
Peskov: “Rusiya ABŞ ilə əlaqələri davam etdirir“
İsveçrə Rusiyanın 8 media orqanına sanksiya tətbiq edib
Yelena Ukraynanın birinci xanımı olmağa hazır deyil
Qaynından əxlaqsız mesajlar aldı, ərinə göstərdi
Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?


08.11.2021  12:18 

Bahalaşmadan 9 milyard qazandılar - Azərbaycanda





A+  A-

Son 3 ildə Azərbaycanda ərzaq və digər gündəlik tələbat malları davamlı olaraq bahalaşır.

2021-ci ildə kommunal xidmətlərin, yanacağın qiymətlərinin artırılması digər sahələrə də zəncirvari təsir edib. Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatlarında bahalıq kiçik rəqəmlərlə olsa da, etiraf edilir, amma qiymət artımlarından ailə büdcələrinə dəyən zərərin miqdarı açıqlanmır. Nəzərə alsaq ki, istehlakçılar həm tariflərin, həm də ümumi istehlak zənbilinin bahalaşmasından zərər çəkir, o zaman onların aylıq itkilərinin həcmi daha böyükdür.

Bahalaşma əsasən subyektiv amillərlə bağlıdır və bir neçə ciddi səbəbdən qaynaqlanır:

– Ölkədə istehsal edilən malların maya dəyərində əsas yer tutan kommunal xərclərin bahalaşması;

– Xaricdən idxal olunan ərzaq və gündəlik tələbat mallarının gömrük rüsumlarının artırılması;

– Ərzaq və gündəlik tələbat mallarının topdan və pərakəndə satışının bir neçə holdinqin nəzarətində olması, onlar arasında kartel sövdələşməsi.

– Dünyada ərzaq məhsullarının qiymətində yüksəliş.

İqtisadçı Nemət Əliyev bildirir ki, ixrac və idxal mallarının bahalaşmasından 9 aya 9 milyard manat xalis gəlir əldə edilib. Onun sözlərinə görə, 2021-ci ilin yanvar-sentyabr dövründə Azərbaycan 14,6 milyard dollar mal ixracı həyata keçirib:

“Bahalaşma faizi rəsmən 41,9%-dir. Deməli, ixrac etdiyimiz malların bahalaşmasından 4,3 milyard dollar xalis gəlir əldə edilib. Bu qədər gəlirin vur-tut 4 faizi və ya 172 milyon dolları qeyri-neft məhsullarının hesabınadır”.

İqtisadçı qeyd edir ki, qalan 96 faiz neft-qaz sektoruna aid məhsulların bahalaşmasından əmələ gəlib. Onun sözlərinə görə, ölkədaxili topdansatış qiymətlərlə maya dəyəri göstəricisi arasındakı fərqdən yaranan mənfəət buraya daxil deyil: “9 aylıq bahalaşmadan götürülən gəlirlər 2020-ci ilin ixracı üzrə yaranmış bütün itkilərin hamısını, demək olar ki, kompensasiya edib. 2020-ci ildə Azərbaycanın ixrac gəlirləri 4,3 milyard dollar azalmışdı”.

Nemət Əliyev əlavə edir ki, idxal etdiyimiz malların bahalaşmasından da böyük gəlirlər əldə edilib:

“Statistika və Gömrük komitələrinin açıqladıqları məlumatlara görə, cari ilin 9 ayında 8,3 milyard dollar həcmində idxal həyata keçirilib və bu mallar 21,7% bahalaşıb. Bahalaşma həcmi 1,5 milyard dollardır. Azərbaycanın mal aldığı ölkələrdə 5-6% bahalaşma olmasını nəzərə alıb hesablasaq, 1,5 milyarddan 1 milyardın Azərbaycana qaldığı məlum olar”.

N.Əliyevin sözlərinə görə, cari ilin 9 aylıq xarici ticarətindən yalnız bahalaşma yoluyla üst-üstə 5,3 milyard dollar və ya 9 milyard manat xalis gəlir götürülüb: “Bu, ölkə daxilindəki sosial və iqtisadi zərərləri qarşılamaq üçün çox iri maliyyə mənbəyidir. Odur ki, hazırkı sürətli bahalaşmanı gəlirlərin azalması ilə izah etmək absurddur”.(pressklub.az)

Xəbər 1847 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +