İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub
Bank kartlarımız necə talanır? - AÇIQLAMA
İmamoğlu ifadə verdi: “Niyə buradayam?“
Qalib Toğrul da istintaqa cəlb edildi
Hansı şəxsləri 7 min manatlıq cərimə gözləyir?
Antalyada İlham Əliyev Ərdoğanla görüşüb
Stiv Vitkoff Putinlə görüşə bilər
Çin ABŞ mallarına rüsumları 125%-ə qaldırdı
Avropa yenə Ukrayna üçün toplaşdı
“QHT işi” üzrə daha bir nəfər məsuliyyətə cəlb olunub


11.11.2022  16:13 

Mehriban Əliyeva Səmərqənddə - Fotolar





A+  A-

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Macarıstanın Baş nazirinin xanımı Aniko Levai “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi ilə tanış olublar.

XəzərNews.az xəbər verir ki, “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi ilə tanış olan Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya və digər ölkələrin birinci xanımlarına Türk Dövlətləri Təşkilatına üzv ölkələrin folklor qruplarının ifaları təqdim edilib.

Nadir “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi “Böyük İpək Yolu” beynəlxalq turizm kompleksinin bir hissəsidir. Şərq memarlığının bütün səciyyəvi cəhətlərini əks etdirən bu kompleksdə məşhur sənətkarların, tətbiqi sənət ustalarının və müxtəlif xalqları təmsil edən rəssamların özbək milli mədəniyyətinin rəngarəngliyini, xalq adət-ənənələrini özündə birləşdirən qalereyaları və emalatxanaları yerləşir.

“Əbədi şəhər” Səmərqənd, Buxara, Fərqanə, Daşkənd, Xivə və digər qədim şəhərləri təcəssüm etdirən böyük kompleksdir. Ərazidə 44 nadir orijinal bina tikilib. Kompleks iki hissədən ibarətdir. Bu hissələrdən birində turizm şəhərciyi, digər hissədə isə konqres zalı, beşulduzlu və dördulduzlu dörd hoteldən ibarət kompleks yerləşir.

Kompleksin konsepsiyası Özbəkistanın mədəniyyətini və adət-ənənələrini bir məkanda təqdim etmək ideyasına əsaslanır. Ərazidə rəssamların və sənətkarların mağazaları, kitabxana, kukla teatrı, istirahət guşələri, kafe və restoranlar fəaliyyət göstərir.

“Əbədi şəhər” tarixi-etnoqrafik kompleksinə gələnlər xalçaların və ipək məhsullarının toxunma prosesi, sənətkarların ağac üzərində oyma işləri, həmçinin milli geyim qalereyası ilə tanış olmaq imkanı əldə edirlər.







Xəbər 1028 dəfə oxunub.




11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi


BÜTÜN XƏBƏRLƏR +