Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


27.09.2018  18:09 

“Rusiya bu sahədə bir nömrəli tərəfdaşımızdır” - İlham Əliyev





A+  A-

“Rusiya Azərbaycan üçün qeyri-neft sferasında məhsullarımızın idxalında və ixracında nömrə bir tərəfdaşdır".
XəzərNews.az Rusiya prezidentinin saytına istinadən xəbər verir ki, bu sözləri dövlət başçısı İlham Əliyev IX Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışı zamanı deyib:

“Bu gün 1000 nəfəri əhatə edən zalın dolması o deməkdir ki, forumun işinə böyük maraq var.

Ölkələrimiz arasında enerji və neft-qaz sahəsində çox güclü bağlar var. “Lukoyl” şirkəti Azərbaycanda 20 ildən çoxdur ki, uğurla çalışır və bizim ən mühüm investorlarımızdandır.

Biz nəqliyyat sahəsində çox aktiv əməkdaşlıq edirik. Birgə həyata keçirdiyimiz “Şimal-Cənub” layihəsi artıq öz nəticələrini göstərir.

Eyni zamanda, qeyd etmək istərdim ki, təkcə Azərbaycanın milli aviaşirkəti həftə ərzində Rusiyanın müxtəlif şəhərlərinə 50-dən çox reys həyata keçirir.

Turizm sahəsində Rusiya vətəndaşlarının Azərbaycana səfərində əhəmiyyətli dərəcədə artım görürük. Son doqquz aydan az müddətdə təxminən 700 min rusiyalı Azərbaycana səfər edib. Əminəm ki, bu rəqəmlər gələcəkdə artacaq”.

Prezident bildirib ki, gələn ay Bakıda Rusiya və Azərbaycan prezidentlərinin rəhbərliyi ilə növbəti Bakı Humanitar Forumu keçiriləcək.

Xəbər 1871 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +