Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


14.11.2023  14:38 

Banklar artıq köhnə dollarları almır?





A+  A-

Azərbaycanda bəzi kommersiya banklarının 2006-cı il və ya bundan əvvəl tədavülə buraxılmış ABŞ dollarını manata dəyişməkdən imtina etməsinə dair məlumatlar yayılır.

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər ki, ABŞ dollarının emitenti olmadığı üçün onların qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank və kommersiya banklarının hər hansı öhdəliyi yoxdur.

"Kommersiya bankları bu əməliyyatların icrası üzrə qərar verməkdə sərbəstdirlər”, - qurumdan bildirilib.

Ölkənin aparıcı banklarından olan "Kapitalbank”dan Trend-ə deyilib ki, bankın filialları köhnə dollar əskinaslarını da qəbul edir.

"Unibank"dan Trend-ə verilən məlumata görə, bankın filialları 2006-cı ildən əvvəl buraxılmış dollar əskinaslarını istənilən bank əməliyyatları üçün problemsiz qəbul edir.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirb ki, valyuta mübadiləsi bankların öz işidir.

"Banklar bu xidməti göstərməyə borclu deyil. Azərbaycanda dollar populyar valyuta olduğuna görə insanlara qəribə gəlir ki, onu manata dəyişmirlər. Lakin lirə və rublu da müəyyən banklar dəyişməkdən imtina edir. 2006-cı il və ondan əvvəlki dolları bank götürməyə bilər. Çünki dollar bizim milli valyutamız deyil. Ancaq banklar manatı dəyişməkdən imtina edə bilməzlər.

Hər hansı kommersiya bankı da zədələnmiş manatı götürməyə bilər. Amma Mərkəzi Bank belə pulları dəyişməyə məcburdur", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 2023-cü ilin yanvar-sentyabr aylarında 8,2 faiz artaraq (12,705 milyard manata çatıb). Əhalinin xarici valyutada olan bank əmanətləri 3,3 faiz azalaraq (4 milyard 453 milyon manat) əhalinin bütün əmanətlərinin 35,1 faizini təşkil edib (2022-ci ilin sonunda xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2 faiz təşkil edib).

Xəbər 1229 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +