Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


15.03.2018  15:21 

Azərbaycana qarşı təhdid olarsa, Türkiyə hərəkətə keçə bilər





A+  A-

Azərbaycan və Türkiyə regional təhlükəsizliyin təmin edilməsi, terrorla mücadilə məsələsində birlikdə çalışır.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Türkiyənin baş naziri Binəli Yıldırım deyib:

“Türkiyənin PKK və onun uzantısı olan PYD-YPG, DEAŞ ünsürlərinə qarşı başlatdığı Afrin əməliyyatı dost və qardaş Azərbaycanda bütün xalq tərəfindən qüvvətlə dəstəklənir, biz bunu küçədə danışdığımız qardaşlarımızı dinlərkən şahid oluruq. Qarabağ məsələsi Azərbaycanın haqlı bir məsələsidir. Azərbaycanın torpaqlarının 20 faizi, Qarabağ işğal edilib, 1 milyon qaçqın, köçkün insan var. Dolayısı bu problemin həlli üçün beynəlxalq aləmdə hər cür prosesdə Türkiyə Azərbaycanın yanındadır. Soyqırım bir insanlıq suçudur, Azərbaycan ərazisində bir etnik təmizləmə, soyqırım həyata keçirilib və bunu edən Ermənistan qarşılığını mütləq görməlidir. Gec ola bilər, amma Azərbaycanın bu məsələdə haqlı davası, mütləq enində-sonunda hədəfinə çatacaq”.

Baş nazir xatırladıb ki, BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda da Azərbaycanın haqlı olduğu və bu davada yanında olduqları məlumdur: “Bu ərazilərdə terrorçuların yerləşməsi və ya hazırlıqlar həyata keçirməsi nəticəyə təsir göstərməz. Əgər dost və qardaş Azərbaycana buradan başqa bir təhdid yönələrsə, yaxud Türkiyəyə bu ərazilərdən bir terror təhdidi yönələrsə, qarşılığı mütləq olacaq”.

B.Yıldırım Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyanın ABŞ Konqresində qəbul edilməsi məsələsinə də münasibət bildirib. Baş nazir qeyd edib ki, ABŞ Qarabağdakı ermənilərə mükafat verməkdənsə, oradakı insanlıq suçunun hesabını istəsə, daha doğru olar.

Xəbər 1974 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +