Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


11.05.2017  22:36 

Prezident Səudiyyə Ərəbistanının dövlət nazirini qəbul edib





A+  A-

Azərbaycan prezidenti İlham Əliyev mayın 11-də Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanı qəbul edib.
XəzərNews.az xəbər verir ki, dövlət naziri Tamer Al-Sabhan İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarını və məktubunu dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə sıx dostluq və əməkdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu dedi.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı dostluq və qardaşlıq əsasında qurulan əlaqələrimizin müxtəlif sahələrdə sürətli inkişafından məmnunluğunu bildirdi. Səudiyyə Ərəbistanına səfərini və səfər zamanı göstərilən qonaqpərvərliyi yaxşı xatırladığını deyən Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudla apardığı danışıqların və fikir mübadiləsinin, eləcə də digər rəhbərlərlə keçirdiyi görüşlərinin onda dərin təəssürat yaratdığını dedi.

Görüşdə sabah Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıldı, bu Oyunların İslam ölkələri arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Dövlət başçısı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.

Xəbər 1711 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +