“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


03.10.2023  12:05 

Rabitəbankın Marketinq departamentində nə baş verir?





A+  A-

“Rabitəbank”ın marketinq departamentində işçilərin kütləvi şəkildə iş yerlərindən ayrıldığı bildirilir...

“Rabitəbank”ın sosial şəbəkə seqmentlərində may ayında təntənəli şəkildə banka yeni PR ekspert olaraq məşhur “Manpasi” radio şousunun aparıcısı və prodüseri olan Səmra Əsgərzadənin gətərildiyi elan olunmuşdu. Lakin aldığımız son məlumatlara əsasən, ötən günlərdə sözügedən radio aparıcısı qalmaqallı şəkildə bankdan ayrılıb.

Əldə etdiyimiz məlumatlara əsasən, ekspert və rəhbərlik arasında yaşanan ciddi münaqişələr sadəcə, Səmra Əsgərzadə ilə kifayətlənməyib, digər əməkdaşların da iş proseduruna zərər vurub və nəticədə bankın marketinq departamentində işçilərin kütləvi şəkildə iş yerindən ayrılması və bankın rəhbərliyi ilə mübahisələrin yaşandığı bildirilir.

İddialara görə, işçilər İTV radiosunda prodüser və aparıcı olaraq çalışan Səmra xanıma xüsusi imtiyazlar göstərilməsinə qarşı irad bildiriblər. Səbəb isə bankda çalışdığı müddət ərzində Səmra Əsgərzadənin radioda olan fəaliyyətini davam etməsi, bununla bağlı rəhbərliyin işçiyə xüsusi şərait yaratması və sözügedən imtiyazların verilməsi ilı bank rəhbərliyinin əmək məcəlləsinin imperativ normalarını pozması və işçilər arasında ayrı-seçkilik edilməsinə şərait yaratması olub. Maraqlıdır ki, xüsusi imtiyazlar tanınan Səmra xanım daha sonra rəhbətliyin qərarı ilə işdən çıxarılıb.

Eyni zamanda, etibarlı mənbələrə əsasən Səmra Əsgərzadə ilə eyni anda dörd əməkdaş da ərizə yazaraq, işdən ayrılıblar. Bankın rəsmi saytında departament rəhbərləri ilə bağlı məlumat yer almasa da, paylaşılan videoda departamentin başında Orxan Salayev adlı şəxsin olduğu bilinir.



Xatırladaq ki, Səmra Əsgərzadə daha əvvəl Yelo Bankın marketinq departamentinin əməkdaşı olub.

Kütləvi işçi axını və təntənəli şəkildə radio aparıcısının banka gətirilən aparıcının daha sonra işdən çıxarılması isə əksəriyyət bank işçiləri üçün müəmma olaraq qalıb. Hadisəni araşdırmaq üçün sosial şəbəkələr üzərindən əlaqə qurmağa çalışdığımız əməkdaşlar isə bankdan ayrıldıqlarını və bu mövzulr haqqında ümumiyyətlə danışmaq istəmədiklərini bildiriblər. Qeyd edək ki, işdən ayrılması ilə bağlı sosial şəbəkə üzərindən Səmra Əsgərzadənun mövqeyini öyrənməyə çalışsaq da, o, sualımızı cavablandırmayıb.

Məsələ ilə bağlı “Rabitəbank”a sorğu yollasaq da, sorğumuza da cavab verilməyib.

Bütün halalrda bu məlumatda adı keçən şəxslərin və “Rabitəbank”ın mövqeyini dərc etməyə hazırıq.

Poliqon.info

Xəbər 4924 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +