Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


19.01.2023  13:38 

Yaqub Eyyubovun “dondurulan” milyonlarının ilginc tarixçəsi - Söhbət 29 milyondan gedir – VİDEO





A+  A-

Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabının dondurulması ilə bağlı mətbuatda yayılan məlumat geniş rezonansa səbəb olub.

Məlumatda qeyd olunur ki, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub.

XəzərNews.az xəbər verir ki, Bakupost.az –ın araşdırmasına görə, Eyyubovun ölkədən milyonlarla vəsait çıxarması, çirkli pulların yuyulmasında iştirakı ilə bağı məlumatlar hələ 2017-ci ildə yayılıbmış.

Həmin il məşhur "OCCRP” Baş nazirin müavinin 29 milyon dollar vəsaitinin şübhəli yollarla Macarıstana köçürülməsi ilə bağlı geniş araşdırma yayıb.

Məsələ ilə bağlı hazırda həbsdə olan, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də bir il öncə Xural TV-nin efirində maraqlı məqamlara toxunmuşdu.



O bildirmişdi ki, Eyyubov “Rosoboronexport” şirkətindən Türkiyəyə 9 milyon dollar transfer edib və oradan "Metastar” şirkəti vasitəsi ilə oğlunun Macarıstandakı şirkətinə ötürüb.

İndiyə kimi Y.Eyyubov ittihamlara heç bir münasibət bildirməyib. O, jurnalistin bu barədə sualına ”Nə pul, nə milyonlar?!” cavabı ilə kifayətlənib və telefonu söndürüb.

Qeyd edilir ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsdir. O hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində iştirak edib.

Onu da əlavə edək ki, bir müddət öncə Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin bir neçə yüksək rütbəli zabiti külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı həbs edilib.


Xəbər 857 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +