Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


28.02.2022  11:23 

Patriarxın qışı... və ya ziyafətin sonu...





A+  A-

Dünyaca ünlü yazar Qabriel Qarsia Markes indi sağ olsaydı ki, yəqin ki, özündən də məşhur romanının - "Patriarxın payızı"nın adını dəyişib yəqin ki, "Patriarxın qışı" qoyardı. Çünki məhz soyuq fevral ayında böyük strateq Putin Ukraynada "bataqlığ"a girdi, bütün dünya ilə üz-göz oldu və təkləndi.

Putinin və Rusiyanın təklənməyini rusların ən ağıllı adamlarından biri - jurnalist və politoloq Maksim Şevçenko da təsdiqləyir.

Görün son "strim"lərindən birində M.Şevçenko nə deyir:

"Ukraynada aparılan hərbi əməliyyat bütün Qərb dünyasını tənha Rusiyaya qarşı birləşdirdi. Sanksiyalar dalğa kimi bir-birinin dalınca gəlir, Avropa ölkələri Ukraynaya silah göndərir...".

Bəli, nə Putin, nədəki Rusiyanın bütün düşünən kəsimi, ağıllı adamları basqıların və əks-tədbirlərin bu dərəcəsini gözləmirdi. Total miqyasda sanksiyalar Rusiyanı boğmağa yetəcək qədərdi.

Artıq bütün iri dövlətlər və beynəlxalq təşkilatlar Rusiyaya qarşı ard-arda sanksiyalar tətbiq etməkdədir. Hətta Almaniya kimi qatı Rusiyapərəst və özmənfəətçi ölkə də artıq Ukraynaya silah göndərməyə başlayıb.

İş o yerə çatıb ki, Vladimir Solovyov kimi qatı təbliğatçı və şovinist də artıq reallıqları etiraf etməyə başlayıb. Adam açıq mətnlə qeyd edir ki, "indi bütün dünyada bizə - Rusiyaya nifrət edirlər".

Bu yerdə bu adamlardan istər-istəməz soruşmaya bilmirsən: Bəyəm bu sizə lazım idimi?
Axı niyə son 3 ayda dünyada gərginlik üçün, qarşıdurma üçün heç bir əsas olmadığı halda, birdən-birə Qərbin, NATO-nun qarşısında bu qədər ağlasığmaz tələblər irəli sürüb dünyanı qan çanağına döndərdiniz?

Nə üçün dünyanı Üçüncü Dünya müharibəsinin astanasına gətirdiniz?

Bütün bunların qarşılığı olaraq əldə etmək istədikləriniz məgər buydumu?

Baxın, siz Putinlər, Lavrovlar, Şoyqular işi o dərəcəyə çatdırdınız, süni gərginliyi o qədər şar kimi şişirtdiniz ki, indi hətta "Avrovizyon" kimi miskin bir müsabiqə də artıq sizin Rusiyanızdan imtina edir.

"Avrovizyon"un rəhbərliyi "Rusiyanın bu müsabiqənin imicinə xələl gətirdiyini" bildirib, onu bir iştirakçı kimi öz sıralarından rədd edir.

Bir sözlə, indi hamı Rusiyadan üz döndərir, onunla əməkdaşlıqdan, iş birliyindən imtina edir. Rusiya sözün əsl mənasında "izqoy"a çevrilir.

Bəlli ki, Kremldə oturan şəxs və onun komanda üzvlərindən heç biri bu cür dünyəvi boykotu, kütləvi sanksiyaları gözləmirdi.

Budur, gözləmədikləri başlarına gəldi.

Və nəticədə, Putin artıq sonuncu vasitəyə əl atır, dünyanı nüvə silahından istifadə edəcəyi ilə şantaj edir. Nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirməyi əmr edir.
Düzdür, Putin bununla əslində "blef" edir.

Və indi dünyada Putini "psixopat" adlandıranların sayı gün-gündən artır.

Bu, bir lider üçün olduqca acınacaqlı sonluqdur. Əlbəttə, yəqin ki, Putin istəməzdi ki, onun "tamaşa"sı, "ziyafət"i belə bir sonluqla bitsin.

Lakin Putinin istəyi artıq heç nəyi həll etmir. Bu nağıl - Putinin "Qış nağılı" belə bitməliydi.

Bax belə.

Bəybala Mirzəyev

Xəbər 1517 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +