Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


21.01.2022  17:03 

Eldar Həsənovun əmlakı müsadirə olundu - Məhkəmə qərarı





A+  A-

Məhkəmə sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.

XəzərNews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, Eldar Həsənova 10 il həbs cəzası verilib.

Hökmə əsasən, həmçinin təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş aşağıdakı əmlakları müsadirə ediləcək:

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi;
Nəsimi rayonunda yerləşən mənzil;

Nərimanov rayonunda yerləşən mağaza; Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;

Xətai rayonunda yerləşən fərdi yaşayış evi; Monteneqroda yerləşən mənzil.

Cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Xarici İşlər Nazirliyinin nümayəndəsi məhkəmədə çıxış edərək 18 milyon 500 min manatın mülki iddia və digər zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi də dəymiş ziyanın tam ödənilməsi təmin edildi.

Qeyd edək ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.

Sabiq səfir, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Xəbər 1402 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +