Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


21.05.2020  12:08 

Bayram günlərində müştəri xidməti bu ünvanlarda göstəriləcək





A+  A-

“Azəriqaz” İstehsalat Birliyi Ramazan bayramındakı qeyri-iş günlərində müştəri xidmətlərinin göstərilməsini davam etdirəcək.
XəzərNews.az xəbər verir ki, may ayının 23-dən sonra “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri bayram həftəsi ərzində işləmədiyi üçün Birlik müştəri xidmətlərini qeyd edilən tarixlərdə (24, 25, 26, 27, 28, 29 və 30 may) Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, eləcə də Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında (Nizami rayonu, Babək pr. 21/24) səhər saat 10:00-dan saat 17:00-dək təqdim edəcək.

Bayram həftəsində abonentlərin aşağıda qeyd edilən istiqamətlərdə müraciətləri cavablandırılacaq: itirilmiş və ya zədələnmiş smart kartların bərpası, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, qüsurlu ödənişlərin bərpası, smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, koda düşmüş kartların bərpası, qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi, dini qurumlara limitlərin verilməsi, smart tipli sayğaclarda istifadə edilməyən məbləğlərin abonent koduna köçürülməsi, borc və ödəniş haqqında məlumatların verilməsi.

Xəbər 2234 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +