Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


16.08.2019  10:32 

Zəvvarların ilk qrupu avqustun 21-də Azərbaycana dönəcək





A+  A-

"Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların ilk qrupu avqustun 18-də Məkkədən Mədinəyə yola düşəcəklər".
XəzərNews.az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, Mədinədə hər qrup 3 gün qalacaq. Bu səbəbdən avqustun 18-i Mədinəyə gedənlər avqustun 21-i saat 10:00-da yola düşəcək və 14:20-də Bakıya çatacaqlar. Sonrakı qruplar da mərhələlərlə Məkkədən Mədinəyə aparılacaq. Sonuncu qrup Məkkədən avqustun 22-də çıxacaq. Mədinədən çıxan sonuncu təyyarə avqustun 25-i saat 21:00 radələrində Bakıya çatacaq”.

V.Cahangiri bildirib ki, Həcc ziyarəti zamanı bir zəvvar, 1950-ci il təvəllüdlü Bəhmən Şükürov dünyasını dəyişib: "Digər zəvvarlarımızın səhhəti normaldır. Əvvəllər ziyarət zamanı zəvvarların çoxu güclü qripə tutulurdu, bu il qripə tutulanların sayı azdır. Missiyada 5 həkimimiz var, onlar özlərilə lazım olan bütün dərman ləvazimatlarını gətiriblər”.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edib.

Xəbər 1440 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +