Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


29.10.2018  14:21 

71 hakimin fəaliyyəti araşdırılıb





A+  A-

Məhkəmə-Hüquq Şurasının Fikrət Məmmədovun sədrliyi ilə iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, keçirilən iclasında Ali və apellyasiya instansiyası məhkəmələrində vakant olan 30 hakim ştatının komplektləşdirilməsi məqsədilə hakim korpusunun mövcud tərkibi ətraflı təhlil edilib, fəaliyyətində müsbət qiymətləndirilən və peşəkarlığı ilə fərqlənən hakimlərin irəli çəkilməsinə dair dövlət başçısına təkliflər verilib.

Şurada həmçinin, bildirilib ki, 2013-cü ildə yeni qaydalarla seçilərək təyin olunmuş 71 nəfər hakimin ilkin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar onların hər birinin işi yerində öyrənilib, fəaliyyətlərini xarakterizə edən sənəd, material və məlumatlar toplanıb. Həmin hakimlərin fəaliyyəti qiymətləndirilməklə vəzifələrinin öhdəsindən layiqincə gələn şəxslərin səlahiyyət müddətlərinin uzadılmasına dair təkliflərin hazırlandığı vurğulanıb.

Eyni zamanda hakim vəzifəsinə layiq bilinmiş 108 nəfər namizədlə bağlı Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxılıb, ixtisaslaşmalarının aparılması məqsədilə onların hər biri ilə fərdi qaydada söhbətlər keçirilib. Həmin namizədlərin birinci instansiya məhkəmələri üzrə müxtəlif hakim vəzifələrinə təyinatları barədə təkliflərin hazırlanması tapşırılıb.

Bildirilib ki, bu sahədə görülən tədbirlər nəticəsində məhkəmə sistemində mövcud olan bütün vakansiyaların tam əksəriyyəti, o cümlədən ilk dəfə olaraq Ali və bütün apellyasiya instansiyası məhkəmələri tam komplektləşdiriləcək ki, bu da hakimlərin iş yükünün xeyli azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına və süründürməçilik hallarının aradan qaldırılmasına xidmət edəcək.

İclasda qanunvericiliyin tələblərinin pozulmasına prinsipial münasibət göstərilərək 6 hakim barədə intizam icraatları başlanılıb.

Xəbər 1677 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +