Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


23.01.2018  14:08 

Maşın bazarında qiymətlər qalxıb





A+  A-

Son ayın göstəricilərinə görə, (dekabr) Bakıda avtomobil bazarında orta qiymət 18 790 manat təşkil edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə məlumat verib "MBA Group” konsaltinq şirkətinin direktoru, ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bu o deməkdir ki, noyabr ayı ilə müqayisədə orta qiymət 12,18 faiz artıb.

Ekspert qeyd edib ki, 2017-ci ilin dekabrında paytaxtın avtomobil bazarında cəmi 2 038 avomobil satışa çıxarılıb: “Noyabr ayı ilə müqayisədə bazarda təkliflər portfeli 0,89 faiz artıb. Satışa çıxarılan avtomobillərin 90,2 faizi benzin mühərriki ilə işləyən avtomobillərdir. Dizel mühərriki ilə işləyən avtomobillərin payı 9,8 faiz təşkil edib”.

N.İbrahimov bildirib ki, 2017-ci ilin dekabrında bazarda avtomobillərin orta yürüş məsafəsi 200,7 min kilometr təşkil edib və noyabr ayı ilə müqayisədə 2,17 faiz artıb. Avtomobillərin orta yaşı 14,4 təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 0,01 faiz çoxdur.

Ekspert əlavə edib ki, bazarda təklif olunan orta illik istismar 5,23 faiz təşkil edib: “Beş ilədək olan avtomobillərdə bu göstərici 10,39 faiz, 5-10 il yaşı olan avtomobillərdə 8,84 faiz, 10 ildən yuxarı avtomobillərdə isə 4,8 faiz təşkil edib”.

Xəbər 1633 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +