Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


23.06.2017  14:23 

Kosmosda dövlət yaradan azərbaycanlı: “Bura yeni millətin ölkəsi olacaq“





A+  A-

Artıq 7 aydır ki, Kosmos üzrə YUNESKO-nun beynəlxalq komissiyasının prezidenti İqor Aşurbəylinin rəhbərliyi ilə kosmosda "Asgardia" adlı müstəqil dövlətin yaradılmasına başlanılıb.
XəzərNews.az azvision.az-a istinadən xəbər verir ki, kosmik dövlətin birinci peyki olan "Asgardiya-1" bu ilin payız ayında kosmosa yola salınacaq.

"Bu, "Asgardia"nın yaradılmasında çox mühüm addımdır. Peyk kosmosda "Asgardia"nın mövcud olmasının təməl daşıdır. Burada 1 milyon yarımdan çox asgardialının məlumatları saxlanılacaq. İnsanlar özləri barədə informasiyanı "Asgardia"ya göndərmək imkanına sahibdirlər", - İqor Aşurbəyli deyib.

Onun sözlərinə görə, "Asgardia" kosmosda dövlətçiliyin yeni forması ola bilər. O hesab edir ki, bura yeni millətin yaranacağı ölkəyə çevrilə bilər.

Layihədə iştirak edən alimlər ümid edirlər ki, "Asgardia" layihəsi bütün bəşəriyyətin xeyrinə olacaq.

Qeyd edək ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir. "Almaz-Antey" konstruktor bürosunun sabiq rəhbəri, Texnika elmləri doktorudur.

2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.

Xəbər 2010 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +