Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


17.02.2017  12:00 

Çovdarov işində şok gəlişmə: Siyəzənin iki başçısı “Bozalt” MMC-yə göz yumub





A+  A-


MTN generalı Akif Çovdarov Siyəzən rayonunda qum-çınqıl daşıyıb mənimsəyib. O, daş karxanalarına aparıb satıb


Araşdırma zamanı məlum olub ki, həmin dövrdə Siyəzənin icra hakimi Mövsüm Bədirxanov olub. 


2006-cı ildə Çovdarovun oğlu Ruslan Çovdarov "Bozalt" MMC təsis edib. Bu firma Siyəzən rayonu ərazisində qum-çınqıl karyerləri açaraq fəaliyyət göstərib. R.Çovdrov istintaqa ifadəsində bu faktı açıqlayıb. 


“Təsisçi olsam da, firmanın fəaliyyətindən tam məlumatsız idim, sadəcə sənəd üzərində adım yazılmışdı, heç bir qazanc da götürməmişəm. Bu işlə Fəttah Seyidovun kürəkəni Rəşad məşğul olurdu. Heç vaxt həmin daş karyerlərinə getməmişəm. Bildiyimə görə 2007-ci ildə “Bozalt” MMC fəaliyyətini dayandırdı”.


Siyəzənə 2006-da M.Bədirxanov rəhbərklik edib. 2007-ci ildə rayona Əflatun Rufiyev icra başçısı təyin olunub. Bilgilərə görə, hər iki icra başçısı Çovdarovun əməllərinə, rayonun daş-çınqılının daşınıb satılmasına göz yummaq məcburiyyətində qalıb. 


Əflatun Rufi oğlu Rufiyev Lənkəran şəhərində anadan olub. 2002-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, 2002-2007-ci illərdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2011-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 


Mövsüm Bədirxanov haqda geniş məlumat olmasa da, Çovdarovun şirkəti onun rəhbərliyi dövründə Siyəzəndə fəaliyyətdə olub. 


Məlum olub ki, o dövrdə icra başçıları Çovdarovun əməllərinə etiraz edə bilməzdi. MTN generalının qılıncının dalı və qabağı kəsən vaxtlarıydı. 


Bildirək ki, təqsirləndirilən Akif Çovdarov özünə məxsus evdən 3 ədəd dəyənəyin aşkar edilməsi, “Bəhrə-2010”, “Aqua Agro”, “RAF-2006”, “Nəzrin-E”, “Bozalt” MMC-lərinin fəaliyyəti, idarəçiliyində iştirakı haqda susub. 


O, rəsmi gəlir mənbələrinə uyğun olmayan çoxsaylı daşınmaz əmlaklara, qızıl-zinət məmulatlarına malik olması, plastik bank kartları ilə xarici ölkələrdə külli miqdarda pul vəsaiti xərcləməsi xüsusatları üzrə ifadə verməkdən və sualları cavablandırmaqlan imtina edib.


Akif Çovdarov “Baktel LTD” MMC-nin sahibi Zaur İbrahimovdan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Neman Kərimovdan, əntiq malların satışının həyata keçirildiyi “Moda” mağazasının sahibi Əbil Vəzirovdan, “Yeni Yasamal” və digər mənzil-tikinti kooperativlərinin həmtəsisçiləri Nəsib Əliyev və Cahangir Alışovdan, “Karvansaray-2010” MMC-nin həmtəsisçisi Nizami Quliyevdən, sahibkar Elçin Hacıyevdən, “Süleyman Transport” MMC-nin sədri Fikrət İbrahimovdan, taxta-şalban ticarəti ilə məşğul olan Qədim Ədilovdan, Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilovdan, Binəqədi Bələdiyyəsinin sədri Elman Salmanovdan və Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədovdan külli miqdarda pul vəsaitlərinin hədə-qorxu yolu ilə ələ keçirməsi ilə bağlı deyilənləri də qəbul etməyib.


(politika.az)


 



Xəbər 15140 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +