Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək


05.02.2017  15:04 

Beynəlxalq Qızıl Xaç Komitəsi də Çingizlə bağlı məlumat yaydı





A+  A-

 

Beynəlxalq Qızıl Xaç Komitəsi də şəhid Çingiz Qurbanovla bağlı məlumat yayıb.

XəzərNews.az xəbər verir ki, məlumatda qeyd edilir:

"Bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı azərbaycanlı hərbçinin meyiti geri qaytarılıb.

Təhvilvermə beynəlxalq sərhəddə - Ermənistanın İcevan və Azərbaycanın Qazax şəhərləri arasındakı yolda baş tutub.

29 dekabr 2016-cı ildə beynəlxalq sərhəddə baş verən hadisədən dərhal sonra BQXK, əsgərin nəşinin qaytarılması üçün öz neytral vasitəçi xidmətlərini təklif edib.

Keçən il Dağlıq Qarabağ münaqişəsinin aprel gərginləşməsindən sonra BQXK, tərəflərə bir neçə dəfə meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirməsinə dəstək verib. BQXK həmçinin, meyitlərin qaytarılmasında da yardımçı olub.

BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri regionda humanitar fəaliyyətini həyata keçirir".



Xəbər 1669 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +