“Rabitəbank” müştərilərini niyə itirir?
Abşeronda partlayış oldu: 5 nəfər YARALANDI
Vardanyan da hakim qarşısına ÇIXARILDI
Tender qalibi olan “Unisell“ə bağlı müəmma
Sabiq deputatın şirkəti CƏRİMƏLƏNİR?
Rusiya və İran arasında saziş İMZALANDI
Cahangir Əsgərovun xanımı vəfat etdi
Bakıda restoran YANDI
Ölmüş bədənlərdə əxlaq AXTARANLAR
38 min manatdan çox dələduzluq edən şəxs SAXLANILDI


27.09.2018  12:08 

Metronun bu stansiyası bağlandı





A+  A-

Bakı Metropoliteninin "Xətai" stansiyası bu gündən etibarən təmirə bağlanıb.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, stansiya gecə saat 24:00-da sonuncu sərnişinləri daşıyıb və bundan sonra təmirə dayanıb: "Bu gündən artıq stansiya sərnişinlərə xidmət göstərmir. Təmir müddəti 10 ay nəzərdə tutulub. Ola bilər ki, işlər sürətli gedərsə, vaxtından əvvəl istifadəyə verilə bilər. Amma bu işin gedişindən asılıdır. Çünki eskalatorların dəyişdirilməsi incə prosesdir".

B.Məmmədov bildirib ki, stansiyanın təmir müddətində həmin ərazidə sərnişinlərə 2 marşrut üzrə avtobuslar xidmət göstərəcək.

Xatırladaq ki, təmir müddətində stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator söküləcək və əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılacaq. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görüləcək. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqustun 10-da başa çatdırılması nəzərdə tutulub.

Qurum rəsmisi əlavə edib ki, "Xətai" stansiyasında eskalatorların yenilənəcəyi müddətdə vestibülün əsaslı təmiri də aparılacaq:

"Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənəcək, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunacaq. Həmin müddət ərzində, həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq. Təmir müddətində "Xətai-Cəfər Cabbarlı" mənzilində sərnişin qatarları hərəkət etməsə də, "Cəfər Cabbarlı" stansiyası fəaliyyətini davam etdirəcək və sərnişinlər buradan "28 May" stansiyasına keçid kimi istifadə edə biləcəklər".

Xəbər 1671 dəfə oxunub.



17.01.2025  18:14 

Bakıda restoran YANDI

17.01.2025  15:08 

Hakan Fidan Azərbaycana gəlir

17.01.2025  13:17 

Həkim qazdan boğulub öldü

17.01.2025  12:52 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +