Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar


26.06.2018  11:32 

Çaylarda sululuq səviyyəsi açıqlandı





A+  A-

Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 50-140, Lənkəran-Astara çaylarında 50-150, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, iyunun 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 300 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 250 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 163 m3/s təşkil edərək ongünlük normanın 98 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyunun 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 14, Şirvanda 22, Salyanda 40, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 30 sm azalma qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2017-ci il iyunun 25-də 428 sm), Şirvanda 243 sm (2017-ci il iyunun 25-də 301 sm), Salyanda 155 sm (2017-ci il iyunun 25-də 209 sm), Bankədə 177 sm (2017-ci il iyunun 25-də 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2017-ci il iyunun 25-də 133 sm) təşkil edib.

Xəbər 1231 dəfə oxunub.




14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?

13.01.2025  10:28 

Lənkəranda kişi meyiti tapılıb


BÜTÜN XƏBƏRLƏR +