Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


13.12.2023  10:13 

Kiyevə doğru uçan 10 raket məhv edildi





A+  A-

Dekabrın 13-nə keçən gecə ruslar “Şahed” pilotsuz təyyarələri və növü hələ müəyyən edilməmiş ballistik raketlərlə Ukraynaya hücum edib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı Telegram-da məlumat yayıb.

"10 ədəd Shahed-136/131 hücum PUA-nın buraxılışı qeydə alınıb. 10-un hamısı Ukrayna Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə bölmələri ilə birlikdə Hərbi Hava Qüvvələrinin qüvvə və vasitələri tərəfindən məhv edilib", - məlumatda deyilir.

Hərbi Hava Qüvvələri dəqiqləşdirib ki, düşmənin demək olar ki, bütün dronları Odessa vilayətində - Cənub hava komandanlığının məsuliyyəti zonasında vurulub.

“Düz 13 dekabr 2023-cü il tarixində saat 3.00 radələrində düşmən Ukraynanın paytaxtına raket zərbəsi endirib, ballistik trayektoriya ilə Kiyev şəhərinə doğru uçan 10 hədəfin hamısı Hərbi Hava Qüvvələrinin zenit-raket bölməsi tərəfindən vurulub" - deyə məlumatda qeyd olunur.

Hərbçilər Kiyevə doğru uçan raketlərin növünü hələ müəyyən etməyiblər.

Kiyevdə Rusiya raketlərinin fraqmentlərinin yerə düşməsi nəticəsində itkilər olub, yanğınlar başlayıb.

Odessa vilayətində düşmənin hava hücumu nəticəsində infrastruktur obyektləri zədələnib, iki nəfər yaralanıb.

Xəbər 1786 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +