Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


31.05.2023  09:16 

Deputatın övladları yaşamaq üçün ABŞ-ı seçdi





A+  A-

Millət vəkili Məşhur Məmmədovun oğlu Məmməd Şahbazovdan sonra qızı da Amerikaya köçüb.

Deputatın qızı Mədinə Şahbazova Nyu-Yorkda yaşayır. Masallıda bağça müdiri iləyən M.Şahbazova artıq bir müddətdir ki ölkəni tərk edib.

Hətta bu barədə deputatın qızı öz "intagram" səhifəsində paylaşım edib. Bildirək ki, deputatın övladlarının Məşhur Məmmədovun atasının adını soyad olaraq qəbul ediblər.

Ötən ilin mayında mətbuatda gedən məlumatlara görə, 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədovun ABŞ-da yaşayan oğlu Məmməd Şahbazov “Masalli Enterprise LLC” adlı şirkət təsis edib. “Masalli Enterprise LLC” aprel ayının 20-də Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınıb.

Şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.

Həmçinin mediada gedən məlumatlara görə, millət vəkili Məşhur Məmmədovun övladları Mədinə Şahbazova və Məntiq Şahbazov Masallıda bağçalar inşa ediblər. Masallı şəhər 1 saylı Uşaq bağçasına Mədinə Şahbazova, 4 saylı Uşaq bağçasına isə Məntiq Şahbazov rəhbərlik edir.

Mətbuatda gedən məlumatlara görə, ölkənin tanınmış mebel şirkəti olan "Embawood" MMC-nin sahibi Məşhur Məmmədovdur. Deputat seçildikdən sonra həmin şirkətdən imtina etdiyini bildirsə də ailə üzvləri tərəfindən idarə edildiyi bildirilir./32gun.az



Xəbər 924 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +