Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


25.05.2023  16:22 

YAP-ın Türkiyədə seçkilərə müdaxiləsi iddiasına... - Cavab





A+  A-

“Mətbuatı izləsəniz, görərsiniz ki, həmin görüşlərdə konkret olaraq AKP-yə dəstək çağırışları olmayıb. Yəni ki, bütün mesajlar Türk xalqının seçiminə və iradəsinə əsaslanır”.

XəzərNews.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın aparat rəhbəri Tahir Budaqov Türkiyə müxalifətinin YAP-ın bu ölkədə seçkilərə müdaxiləsinə dair iddiasına münasibətində bildirib.

Qeyd edək ki, Türkiyənin Millət İttifaqına yaxın media quruluşlarında Azərbaycan hakimiyyətinin bu ölkədə seçkilərə qarışdığı deyilir. Bu iddialarda YAP-çı deputatların son zamanlar reallaşan Türkiyə səfərlərinə istinad olunur.

Tahir Budaqov isə deyir ki, YAP-dan olan deputatlar AKP-nin tədbirlərinə qarşılıqlı əməkdaşlıq sazişinə uyğun olaraq qatılır: “2021-ci ildə AKP ilə YAP arasında əməkdaşlıq sazişi imzalanıb. Bu səfərləri daim baş tutub. 2020-ci ildən bu yana hər il həm AK Partiyadan olan rəsmilərin Azərbaycana səfəri, həm də Yeni Azərbaycan Partiyasının təmsilçilərinin Türkiyə səfərləri daimi xarakter daşıyır. Bu səfərlər də iki partiya arasında əməkdaşlığı əks etdirən səfərlərdir”.

Xəbər 1359 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +