Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


17.08.2022  15:32 

Yanğın “Qalaaltı”ya yaxınlaşır... - Hotel təhlükədə - Video





A+  A-

Bir neçə gündür Şabran rayonunda müşahidə olunan yanğın “Qalaaltı” hotelin yaxınlığına çatıb.

AzTV-nin yaydığı məlumata görə, ötən gecədən etibarən Çıraqqala ətrafında güclü yanğınlar başlayıb. Yanğın gecə saatlarında şiddətlənib. FHN-in şəxsi heyətinin səyi nəticəsində yanğına müəyyən qədər müdaxilə olunub. Lakin relyefin mürəkkəb olması yanğını söndürmək üçün çətinlik yaradır.

“Qalaaltı” İstirahət Mərkəzinin meneceri bildirib ki, əgər təhlükə yaranarsa, qonaqları təxliyə etmək üçün bütün planlar hazırdır. Hotel üçün azacıq da olsa təhlükə var. Bu təhlükənin qarşısını almaq üçün hotelin əməkdaşları da fəaliyyətə keçiblər.

***

Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “Qalaaltı” hotelin yaxınlığına çatan meşə yanğınlarının söndürülməsinə 5 yanğınsöndürən maşın cəlb olunub. Onlardan 2-si hotelin ərazisindən, 3-ü isə hoteldən yuxarıdan yanğının söndürülməsinə çalışır.

Onun sözlərinə görə, bundan əlavə, yanğının söndürülməsinə 1 helikopter və amfibiya təyyarə cəlb olunub: “Amma hotel üçün hələ ki təhlükə yoxdur. Əgər təhlükə olarsa, konkret addımlar atılacaq”.



Xəbər 1584 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +