Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


17.08.2022  14:10 

“Nar” beynəlxalq mükafata layiq görüldü





A+  A-

“Nar” “Stevie® Awards” beynəlxalq biznes mükafatına layiq görülüb.

XəzərNews.az xəbər verir ki, mobil operator bu il müştəri məmnuniyyəti nominasiyası üzrə “Stevie®” mükafatına layiq görülən yeganə Azərbaycan şirkəti olub.

“Nar”ın son üç il ərzində Müştəri Loyallığı İndeksi üzrə (Net Promoter Score) Azərbaycan mobil rabitə bazarındakı liderliyi və eləcə də, çoxfunksiyalı “Nar+” tətbiqi mükafatın münsifləri tərəfindən xüsusi vurğulanıb. Qeyd edək ki, “Stevie® Awards” 2002-ci ildə ABŞ-da təsis olunub, məqsədi dünya üzrə biznes sahəsində fəaliyyət göstərən şirkətlərin və şəxslərin nailiyyətlərini mükafatlandırmaq və müsbət örnək kimi tanıtmaqdır.

2019, 2020 və 2021-ci illərdə keçirilən müstəqil araşdırmalar nəticəsində ardıcıl olaraq müştərilərin yüksək loyallığını qazanan “Nar” Azərbaycanda müştəri yönümlü biznes siyasəti, sərfəli qiymətləri ilə tanınır.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Xəbər 1640 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +