Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


04.03.2022  11:21 

Həlak olan əsgərə şəhid statusu verildi





A+  A-

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımova şəhid statusu verilib.

XəzərNews.az xəbər verir ki, bu barədə "report" məlumat yayıb.

Bildirilib ki, qanunvericiliyə əsasən, V.Kazımov şəhid statusu alıb və o, İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb.

Belə ki, hərbi yük avtomobili qəzaya uğrayıb. Nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər V.Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedən V.Kazımovun xidməti başa vurmasına 3 ayı qalmışdı. O, evin tək oğlu olub, bir bacısı var.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1467 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +