Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


20.12.2021  13:59 

Deputatlar ömürlük diplomatik pasport istəyirlər





A+  A-

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar ömürlük diplomatik pasportun onlara da şamil edilməsini təklif edib.

Deputat Sabir Rüstəmxanlı çıxışında deyib ki, diplomatik pasport millət vəkillərinə seçildiyi müddətə verilir:

"Məncə, millət vəkilliyi vaxtı qurtaran, amma Azərbaycanda hələ də fəaliyyət göstərən insanların sayı 15-200 nəfərdir. Millət vəkili seçilməyəndə onun diplomatik pasportunun əlindən alınmaması üçün qanunlara dəyişiklik edə bilərik. Bu barədə düşünmək olar. Hətta bundan əvvəl deputat olan, amma indi seçilməyən deputatların da diplomatik pasportları qaytarılsın”.

Deputatlar Fəzail Ağamalı və Məlahət İbrahimqızı da həmkarının təklifini dəstəkləyib.

Komitə sədri Əli Hüseynli isə cavabında bildirib ki, bu, bir sıra ölkələrdə olsa da, bəzilərində yoxdur:

"Bu format Azərbaycanda uzun illər mövcuddur. Diplomatik pasport hazırda bizim fəaliyyətimiz dövründə verilir. Bunun gərək həm də rəyləri olsun. Ancaq bütün millət vəkilləri bu məsələni qaldırarsa, komitədə buna baxıla bilər”.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, artıq bir çox həmkarlar məsələni qaldırıb:

“Ona görə bunu nəzərə almaq olar"./"Qafqazinfo"

Xəbər 1673 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +