Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


01.12.2021  10:24 

Donbasda həlak olan azərbaycanlı hərbçi dəfn olundu - Fotolar





A+  A-

Ukrayna Silahlı Qüvvələrinin 29 yaşlı baş əsgəri əslən azərbaycanlı Əli Naib oğlu Alxaslı noyabrın 27-də Donbasda Novomixaylovka sahəsində düşmən snayperinin açdığı atəş nəticəsində ağır yaralanıb.

XəzərNews.az Oxu.Az-a istinadən xəbər verir ki, həkimlərin bütün səylərinə baxmayaraq əsgəri xilas etmək mümkün olmayıb.

Ukraynanın müdafiəsi zamanı həlak olmuş və itkin düşmüş şəxsləsin doğmalarının yaratdığı Ümumukrayna birliyinin rəhbəri Marina Polyakovanın dediyinə görə, Əlinin həyat yoldaşı Ukraynanın Xarkov şəhərində, anası isə Azərbaycanda yaşayır.

Əli ordu sıralarına 2018-ci ildə qoşulub. O, cəbhədə 54-cü əlahiddə mexanikləşdirilmiş briqadanın atəş dəstəyi taqımının tank əleyhinə bölüyünün tərkibində öz ikinci vətəni olan Ukraynanı qoruyub.

Orduda da Əli fəal idmançı olub, döyüş sənəti ilə peşəkar səviyyədə məşğul olub və dalbadal qələbələr qazanıb. Həmişə rinqə üzərində Ukrayna dilində “Döyüşçü” yazılmış formada çıxıb.

Ə.Alxaslı bugün Xarkov şəhərində torpağa tapşırılıb.

Dəfn mərasiminə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı ilə onun anası və qardaşı gətirilib.








Xəbər 1428 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +