Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


29.11.2021  14:41 

Hacı Nuranın səhhətində yenidən problemlər yaranıb





A+  A-

"Yenə mənə yol göründü. Səhhətimlə bağlı uzaq Almaniyaya gedirəm. Son vaxtların gərgin iş rejimi orqanizmimə birbaşa təsir etdi".

XəzərNews.az xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb. Səhhətində yenidən problem yaranan aparıcı Almaniyaya getməyə hazırlaşdığını bildirib:

"Əslində belə olacağını bilirdim. Çünki həkimlər mənə gərgin iş rejimini qadağan ediblər. Amma nə edim ki, bir yerdə durmaq, həyat qaynayarkən sakit dayanmaq mənə xas deyil. Səhhətimdəki problemləri dostlarım, yaxınlarım yaxşı bilir. Hətta məni zorla da olsa xəstəxanaya yatırdanlar da olub, müalicə edənlər də. Buradakı müalicələrdən sonra bir az özümə gəldim. Amma daha ciddi yataq rejiminə ehtiyac var dedilər. Bunun üçün məni həmişə müalicə edən Almaniyanın Düsseldorf şəhərindəki onkoloji klinikaya gedib, xərçənglə mübarizəmi davam etdirməliyəm. Mənə uğurlar diləyin, dualarınızı əsirgəməyin, sevimli dostlar. Özünüzü qoruyun, həyatda candan şirin şey yoxdur". /axsam.az/


Xəbər 1690 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +