Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


18.11.2021  21:05 

Saakaşvilinin vəziyyəti pisləşib





A+  A-

“Gürcüstanda həbsdə olan keçmiş prezident Mixail Saakaşvilinin vəziyyəti pisləşib. O, bu gün huşunu itirərək yıxılıb”.

Bunu onun vəkili Beka Basilaya jurnalistlərə məlumat verib.

Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib ki, M.Saakaşvilinin sağlamlıq durumu sabitdir. Qeyd olunub ki, həkim-reanimatoloq tezliklə mətbuat üçün açıqlama ilə çıxış edəcək.

Qeyd edək ki, sabiq dövlət başçısı oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, noyabrın 8-də Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsindən Tbilisidəki Qldani həbsxanasının klinikasına yerləşdirilib. M.Saakaşvili saxlanıldığı gündən artıq 49-cu gündür aclıq aksiyası keçirir./“Report”

Xəbər 3655 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +