FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


09.06.2021  11:05 

“Özümü Azərbaycana təklif edirəm“ - Nikol Paşinyanın oğlu





A+  A-

Xəbər verirldiyi kimi, Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə bütün erməni diversantların əvəzinə öz oğlunu təklif edib.
Nikol Paşinyan bildirib ki, oğlu Aşotu Azərbaycanda saxlanan bütün erməni diversantlara dəyişməyə hazırdır.

XəzərNews.az xəbər verir ki, Paşinyanın oğlu Aşot atasının təklifinə özünün Facebook səhifəsində reaksiya verib.

O yazıb: "Özümü həmin ermənilərin əvəzinə Azərbaycana təklif edirəm".

Xatırladaq ki, N.Paşinyan bu təklifi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın bir bəyanatına reaksiya verərkən irəli sürüb.

Bundan əvvəl Serj Sarkisyan Paşinyana öz oğlunu Azərbaycanda saxlanan 20-25 əsirlə dəyişməyi təklif etmişdi.

N.Paşinyan iyunun 8-də, seçki kampaniyasının ikinci günündə Aparan şəhərində seçicilərlə görüşü zamanı bu təkliflə razı olduğunu deyərək, Sarkisyanla Robert Koçaryanı “sutenyor və insan alverçiləri” adlandırıb:

“Mən razıyam. Rəsmən Əliyevə müraciət edirəm: öz oğlumu bütün əsirlərin qaytarılması müqabilində verməyə hazıram. Amma Serjik və Robikə insan alveri üzrə mütəxəssislər kimi bu məsələ barədə danışıqları aparmaq səlahiyyəti verirəm. Düşünürəm ki, bu işdə bir neçə min dollar qazana bilsəniz, kisənizə ziyan dəyməz”.

Xəbər 2058 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +