FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


08.06.2021  15:23 

“Ermənistan XİN utancverici vəziyyətdədir” - Koçaryan





A+  A-

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan rəhbərsiz qalmış ölkə XİN-in utancverici bir vəziyyətdə olduğunu bildirib.
XəzərNews.az xəbər verir ki, o, bu barədə Sisyan şəhərində seçiciləri ilə görüşdə açıqlama verib.

Koçaryan Ermənistanın siyasi rəhbərliyinin qabiliyyətsizliyi səbəbindən dövlət sisteminin iflasa uğradığını söyləyib.

Sabiq Prezidentin sözlərinə görə, orada həqiqi mütəxəssislərdən ibarət bir komanda işləyirdi, amma bu gün bu qurumun “başı qoparılıb”.

“Və biz bundan sonra hansısa danışıqlar prosesi haqqında danışırıq? Axı məhz Xarici İşlər Nazirliyi məhbuslarla əlaqəli, qayıdış üçün beynəlxalq reaksiya və rezonans yaradan məsələlərlə məşğul olmalıdır. Ancaq bu qurum mövcud deyil və indi kimin çalışacağı bəlli deyil”,- deyə o vurğulayıb.

Qeyd edək ki, Ermənistanın keçmiş XİN rəhbəri Ara Ayvazyan mayın 27-də istefaya getmişdi. Ötən gün isə xarici işlər nazirinin bütün müavinləri istefa verib.

Xəbər 2210 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +