Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


24.10.2020  12:46 

20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaq





A+  A-

Sosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki “20” rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində “Qarabağ” sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu haqda məlumatlar yayılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov AzTV-nin efirində çıxışı zamanı bu məsələyə münasibət bildirib.

E.Rüstəmov deyib ki, banknotların hərəsinin öz mövzusu var: “O statuslarla mən də tanışam, maraqlıdır, lakin burada heç bir mistik, konspiroloji şey yoxdur. 1 manatlıq bizim mədəniyyətimizi, 5 manatlıq yazı və ədəbiyyatımızı, 10 manatlıq tariximizi, 20 manatlıq Qarabağ, 50 manatlıq təhsil və gələcək, 100 manatlıq iqtisadiyyat və yüksəlişi, 200 manatlıq isə bütövlükdə modern Azərbaycan mövzusuna həsr olunub.

20 manatlıq əsginasın önündə təsvir olunan dəbilqə, qılınc, qalxan Azərbaycan xalqının namusu, qeyrəti, şərəfi simvollarıdır. Bizim döyüş əzmimiz göstərir ki, biz bu torpaqları hansı yolla olursa olsun, azad edəcəyik. O gün bu gündür. Əsginasın üzərindəki xarı bülbül isə bizim mədəni beşiyimiz olan Şuşanın simvoludur. Arxadakı xalça simvolu isə Qarabağ xalçasıdır. Bizim 20 manatlıq banknotumuz tam şəkildə Qarabağ mövzusuna həsr olunub. 20 manatlıq əsginasın üzərindəki “Qarabağ” sözü isə cənab Prezidentin dilindən düşməyən “Qarabağ Azərbaycandır” ifadəsi ilə iri şriftlərlə əvəz edəcəyik”.

Qeyd edək ki, 2021-ci il yanvarın 1-dən 1, 5, 20 və 50 manatlıq pul nişanları yeni dizaynda dövriyyəyə buraxılacaq.

Xəbər 1948 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +