Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


23.10.2020  20:28 

“Təmaslar varsa, mütləq maskadan istifadə etməliyik” - TƏBİB rəsmisi





A+  A-

“Bir müddət qabaq xəbərdarlıq etmişdik ki, ilin soyuq fəslində - payız-qış mövsümündə yoluxmaların sayında artım ola bilər. Həmin dövrə gəlib çatırıq. Soyuq mövsümü başlayandan sonra yoluxmaların sayı kəskin artır”.
XəzərNews.az xəbər verir ki, bunu TƏBİB-in elmi komitəsinin sədri Akif Qurbanov REAL TV-nin efirində qonaq olarkən deyib. O bildirib ki, elə ölkələr var ki, heç xəstəlik ilk yayılanda bu qədər yoluxma olmamışdı:

“İstər Avropa ölkələri, istərsə Amerika, Brazilyada yoluxma birmənalı olaraq artmaqdadır. Bütün dünya ictimaiyyəti də, səhiyyəsi də çalışır ki, yoluxma artmasın. Sözsüz ki, Azərbaycan da dünyanın bir parçasıdır. Burada da yoluxma sayının artmasına havaların soyuması təsir göstərməkdədir. Soyuq hava yuxarı tənəffüs orqanların işini çətinləşdirir, bütün respirator xəstəlikləri, o cümlədən COVİD-19–da aktivləşir. Digər səbəblər isə özümüzdən asılıdır. Bunu dəfələrlə demişik. Təmasların sayının artması və qorunma tədbirlərinin olmaması yoluxma sayının artmasına gətirib çıxarır. Yoluxma artanda da çox sürətlə artır. Silsilə ilə bu proses artmış olur. Təmaslar varsa, mütləq maskadan istifadə etməliyik. Sosial qaydalara riayyət etməliyik”.

Xəbər 1652 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +