Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


13.10.2020  21:48 

Ukraynada karantin il sonuna kimi uzadıldı





A+  A-

Ukrayna hökuməti koronavirus pandemiyası səbəbindən məhdudiyyətləri dekabrın 31-dək uzatmaq qərarına gəlib.
XəzərNews.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra Baş nazir Denis Şmıqal açıqlama verib.

“Hökumət adaptiv karantini il sonuna kimi uzatmaq qərarına gəldi”, - deyə Şmıqal bildirib.

Onun sözlərinə görə, karantini uzatmaq təkcə Ukraynada deyil, bütün dünyada koronavirusla mübarizədə daha təsirli mexanizmdir.

Baş nazirin sözlərinə görə, bununla belə karantin qaydalarında bəzi dəyişikliklər ediləcək. Belə ki, bundan sonra “yaşıl zona”da 50-dək, “narıncı zonada 30-dək, “sarı zona”da 20-dək insanın iştirakı ilə kütləvi tədbirlərə icazə veriləcək. “Qırmızı zona”da isə kütləvi tədbirlərin keçirilməsi qadağandır.

Qeyd edək ki, Ukraynada koronavirusa ilk yoluxma halı martın 3-də qeydə alınıb.

Xəbər 1974 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +